• cümə, 19 Aprel, 15:38
  • Baku Bakı 25°C

Dəmiryol Vağzalında yanğın söndürülüb

22.05.13 15:30 1574
Dəmiryol Vağzalında yanğın söndürülüb
Bakıda Nəsimi rayonunda yerləşən "Azərbaycan Dəmir Yolları" QSC-nin Baş İdarəsində baş vermiş yanğın söndürülüb.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəisi Nadir Azməmmədov Trend-ə bildirib ki, yanğın vağzalın zirzəmisində baş verib. İlkin ehtimala görə, yanğına elektrik xətlərindəki qısa qapanma səbəb olub.
Yanğın zamanı idarənin işçiləri binadan təxliyyə olunublar.
Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları yanğının qarşısını alıblar.
banner

Oxşar Xəbərlər