• şənbə, 20 Aprel, 18:12
  • Baku Bakı 24°C

Dəmir Yolu bayram günlərində gücləndirilmiş iş rejimində olacaq

29.09.14 16:04 1143
Dəmir Yolu bayram günlərində gücləndirilmiş iş rejimində olacaq
Bunu “APA-Economics”ə “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, vağzallarda, stansiyalarda və yüklərin dolması-boşalması həyata keçiriləcək: “Bundan başqa, sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq. Artıq ehtiyatda olan əlavə vaqonlar texniki baxışdan keçirilib. Bu ehtiyatda olan vaqonlar qismən də olsa yaranacaq sıxlığı aradan qaldıracaq”.
N. Əzməmmədov qurumun bütün əməkdaşlarının gücləndirilmiş iş rejimində çalışacağını və bayram günlərində işdə olacağını deyib: “Çalışacağıq ki, sıxlıq yaşanmasın və sərnişinlər mənzil başına rahat çatsınlar”.
banner

Oxşar Xəbərlər