• çərşənbə axşamı, 23 aprel, 19:09
  • Baku Bakı 20°C

Deloitte Korporativ İdarəetməyə dair Azərbaycan üzrə hesabatını açıqlayıb

15.11.16 18:21 692
Deloitte Korporativ İdarəetməyə dair Azərbaycan üzrə hesabatını açıqlayıb
"Son beş ildə Azərbaycanda yerli şirkәtlәrin icraedici orqan rәhbәrlәri korporativ idarәetmәyә әhәmiyyәtli dәrәcәdә diqqәt ayırıb vә bu yanaşma tәkmillәşdirilib. Müasir dövrdə təşkilatlar korporativ idarәetmә standartlarının tətbiqinə yeni rakursdan nəzər salmalıdırlar. Eyni zamanda, müşahidә şurası üzvlәri bu tәşәbbüsә, yüksək etik və peşə standartlarına sadiq qalmaqla, şirkətin inkişafına daha effektiv dәstәk ola bilərlər”.
Bu barədə Deloitte Azərbaycanın Korporativ İdarəetməyə dair Azərbaycan üzrə açıqladığı hesabatda bildirilir. Təhlil ölkәdә fәaliyyәt göstәrәn 40-dan artıq özәl, yerli vә xarici şirkәtlәrlә aparılmış onlayn sorğuya və üzbəüz müsahibələr, şirkәtin qlobal tәcrübәsinә әsaslanıb. Sorğu ölkәdә korporativ idarәetmәnin inkişaf sәviyyәsini tәhlil etmәk mәqsәdilә müxtәlif sәnaye sahәlәrindә fəaliyyət göstərən çoxsaylı müәssisәlәr arasında aparılıb. Deloitte Azərbaycan korporativ idarəetməyə dair sorğuya bu ilin iyulunda başlayıb. Sorğuda məqsəd müәssisәlərdə icraedici orqan rәhbәrlәrinin korporativ idarәetmә yə dair fikirlərinin öyrənilməsi olub. Araşdırmalar zamanı, 12 sәnaye sahәsi üzrә (neft, bank işi, telekommunikasiya, inşaat, istehsal vә digәr sahәlәrdә) müxtәlif ölçülü şirkәtlәr tәhlil edilib.
Deloitte Azərbaycanın Məsləhət xidmətləri üzrə Direktoru Tural Hacıyev bildirib ki, ölkədəki yeni iqtisadi reallıqlar Azərbaycanda fəaliyyət göstərən müəssisələrdən beynəlxalq biznes praktikalarına uyğun güclü korporativ idarəetmə standartlarının tətbiqinə daha çox diqqət ayırmağı tələb edir, Onun sözlərinə görə, şirkətlərimiz beynəlxalq bazarlara çıxmağa səy göstərərsə, qarşılıqlı asılılığa və qarşılıqlı məhdudiyyətlərə əsaslanan şəffaf idarəetmə strukturunun tətbiqi onlar üçün minimum tələblərdən biri olmalıdır.
Xatırladaq ki, Deloitte Azərbaycanın dərc etdiyi yeni hesabat mövcud tendensiyaları və inkişaf dinamikasını araşdırır, Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərdə korporativ idarəetmə standartlarının tətbiqində dəyişikliklər və irəliləyişləri təhlil edir. Bu araşdırma həmçinin, müşahidə şurasında risklərə nəzarət, strateji istiqamətin müəyyən edilməsində müşahidə şurasının rolu, muşahidə şurasının tərkibi, icraedici orqan rәhbәrlәrinin məvacibi və korporativ idarəetmə standartlarına dair yerli qanunvericiliyin effektivliyi kimi müxtəlif mövzuları təhlil edir.
Onu da əlavə edək ki, son 13 il ərzində Deloitte Azərbaycan korporativ idarəetmə ilə bağlı bir sıra layihələr həyata keçirib və qabaqcıl beynəlxalq praktikaların tətbiqi üçün Azərbaycandakı şirkətlərə yardımçı olub. Deloitte müştərilərin xüsusi tələblərini təmin etmək üçün planlaşdırılmış idarəetmə strukturlarının yaradılmasında, müşahidə şuraları ilə bağlı praktikaların qiymətləndirilməsi və müqayisəli təhlilində, risklərin idarə edilməsi və nəzarət sistemlərinin tətbiqində, etika və tələblərə əməletmə proqramlarının reallaşdırılmasında müştərilərə dəstək olub.
banner

Oxşar Xəbərlər