• çərşənbə, 24 Aprel, 16:30
  • Baku Bakı 27°C

Deloitte Azərbaycan ağacəkmə kampaniyası keçirib

06.05.16 19:50 1158
Deloitte Azərbaycan ağacəkmə kampaniyası keçirib

Deloitte-in qlobal miqyasda qeyd etdiyi Töhfə vermək Günü (Impact Day) çərçivəsində, Deloitte Azərbaycan "Birgə və Sağlam” İctimai Birliyi ilə birlikdə Bakı şəhərində ağacəkmə kampaniyası keçirib.

Ağacəkmə kampaniyasında Deloitte Azərbaycanın əməkdaşları, "Birgə və Sağlam” İctimai Birliyinin reabilitasiya mərkəzlərindən yararlanan autizmi olan uşaqlar və onların valideynləri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin 2 saylı Yaşıllaşdırma İdarəsinin əməkdaşları iştirak ediblər.

Deloitte Azərbaycan komandası və autizm xəstəliyindən əziyyət çəkən uşaqlar Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun 8-ci km-liyindəki ərazidə onlarla zeytun ağacı əkiblər.
"Şirkətimiz və əməkdaşlarımız üçün qlobal səviyyədə qeyd etdiyimiz Töhfə vermək Günü fəaliyyət göstərdiyimiz cəmiyyətin həyatında fərq yaradan davamlı öhdəliklər deməkdir”, - deyə Deloitte Azərbaycan-ın idarəedici partnyoru Nuran Kərimov qeyd edib.
Ağacəkmə kampaniyası ərzində Deloitte-in heyəti və autizmi olan uşaqlar üçün Deloitte Azərbaycanla sosial məsuliyyət tədbirlərində davamlı əməkdaşlıq edən Second Cup qəhvə dükanı və Özsüt restoranı tərəfindən qida və içkilər paylanılıb.
Ağacəkmə kampaniyasından sonra Deloitte Azərbaycan həmin uşaqlar üçün "EkoSfera” Sosial-Ekoloji Mərkəzinə ekskursiya təşkil edilib və ekoloji və ətraf mühitin qorunmasına dair mövzularda xüsusi təlimlər keçirilib.
"Birgə və Sağlam” İctimai Birliyi 2013-cü ildə yaradılıb. Birliyin məqsədi psixi və əqli əlilliyi olan və bu səbəbdən xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən, uşaqların müalicə və reabilitasiya xidmətlərindən yararlanmasına kömək etmək və onların sosial inkulziyasını təmin etməkdir.
"Birgə və Sağlam” İctimai Birliyi reabilitasiya mərkəzlərində psixi və əqli əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan uşaqlara reabilitasiya və bərpa xidmətləri verir.

Töhfə vermək Günü (Impact Day) Deloitte-in işçiləri, könüllüləri və əməkdaşlıq etdiyi müəssisələr tərəfindən həyata keçirilən Korporativ Sosial Məsuliyyət layihələrinə yönəlib. Deloitte hər zaman sosial məsuliyyət təşəbbüslərində cəmiyyətə öz töhfəsini verən qruplarla əməkdaşlığa sadiqdir. Bu təşəbbüsün məqsədi, həmçinin, Bakı şəhəri və Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılmasına dəstək göstərmək, eləcə də ətraf mühitin qorunması və yaşıllaşdırma barədə ictimai maarifləndirmə aparmaqdır.
banner

Oxşar Xəbərlər