• çərşənbə, 17 Aprel, 01:21
  • Baku Bakı 14°C

"Dəli Samir" ləqəbi ilə tanınan kriminal avtoritetə hökm oxunub

02.05.17 15:20 1484
"Dəli Samir" ləqəbi ilə tanınan kriminal avtoritetə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlama və narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanovla hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S. Aslanov 11 il, F. Əfəndiyev isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2015-ci ilin martında Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Samir Aslanov saxlanılıb. Ondan 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkarlanıb.
S.Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınıb.
banner

Oxşar Xəbərlər