AZE | RUS | ENG |

Dələduzluqda təqsirli bilinən vəkilin məhkəməsi başladı

Dələduzluqda təqsirli bilinən vəkilin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların etibarını qazanaraq dələduzluq etməkdə təqsirli bilinən vəkil Vaqif İsmayılovun cinayət işi üzrə məhkəmə başlayıb.

Day.Az-a məhkəmədə verilən məlumata əsasən, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Daha sonra məhkəmə iclasında zərərçəkmişlər və şahidlər dinlənilib. Məhkəmə iclasının davamı aprelin 25-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ülvi Rəcəb ev 24/2 ünanında pasport qeydiyyatında olan Rəşid Həsənovdan 14 noyabr 2009-cu ildə Almaniyadan "Mercedes" markalı avtomobil gətirmək adı altında 10000 ABŞ dolları alıb.

O, Bakı şəhəri, Zərdabi küçəsi mənzil 16 ünvanında qeydiyyatda olan Ramiz Həşimovdan 12 fevral 2008-ci ildə 9300 ABŞ dollarını 10 faizlə alıb və pulun verilməsi barədə tərəflər arasında qəbz imzalanıb.

Lakin Vaqif İsmayılov verdiyi vədlərə əməl etməyərək nə Rəşid Həsənovdan aldığı 10000 manatın müqabilində avatomobili gətirib çıxarıb, nə də Ramiz Həşimovdan aldığı pulu geri qaytarıb. Bundan sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayət əsasında Vaqif İsmayılov həbs edilib.

Vaqif İsmayılov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham olunur.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8825
GEL 1 1 Gürcüstan larisi 0.5737
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1197
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1768
CHF 1 1 İsveçrə frankı 1.72
KWD 1 1 Küveyt dinarı 5.5941
TRY 1 1 Türkiyə lirəsi 0.2964