• çərşənbə, 24 Aprel, 16:18
  • Baku Bakı 27°C

Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovnikinin məhkəməsi başlayıb

22.06.17 11:45 1074
Dələduzluqda təqsirləndirilən sabiq MTN polkovnikinin məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı iyulun 6-na təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.
banner

Oxşar Xəbərlər