• cümə, 29 Mart, 14:01
  • Baku Bakı 14°C

Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərgi xalçaçılığa həsr ediləcək

31.08.18 11:15 726
Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində ilk sərgi xalçaçılığa həsr ediləcək
Oktyabrın 24-də "Art Tower” rəsm qalereyasında Dekorativ-Tətbiqi Sənət Festivalı çərçivəsində gənc rəssam Fəridə Qarayevanın "Azərbaycan xalçaları dünya rəssamlarının əsərlərində” adlı fərdi sərgisi açılacaq.
AZƏRTACxəbər verir ki, sərgidə rəssamın 20-dək sənət əsəri nümayiş olunacaq. Sərginin məqsədi milli ənənələrə əsaslanaraq rəssamın müasir əsərlərində xalça sənətini təbliğ etməkdir. Oktyabrın 31-dək davam edəcək sərgi ilə hər kəsin tanış olmaq imkanı var.
Festival Gənclər Şəbəkəsinin, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mədəniyyət Nazirliyinin və "Arts Concil Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunacaq.
banner

Oxşar Xəbərlər