Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək

Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək

Təfsilat
12 Noyabr 2019, 15:40 572
Dekabrın 12-də Kiyevdə II GUAM biznes forumu keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, tədbir GUAM üzvü olan ölkələrin hökumət başçılarının görüşü çərçivəsində təşkil olunacaq. Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvət olunurlar.
Biznes forumda iştirak etməkdə maraqlı olanlar AZPROMO-ya müraciət edə bilərlər.