AZE | RUS | ENG |

Dekabrda Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub

Dekabrda Azərbaycanda gündəlik neft hasilatı 790 min barrel olub
Azərbaycanda dekabr ayı üzrə gündəlik neft hasilatı 790 min barrel olub.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunun 721 min barrelini xam neft, 69 min barrelini kondensat təşkil edib. Gündəlik 617 min barrel xam neft, 69 min barrel kondensat, 13,4 min barrel isə neft məhsulları ixrac edilib. Energetika Nazirliyi dekabr ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, ötən il orta gündəlik neft hasilatı 792,6 min barrel təşkil edib. Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış "Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaq öhdəliyi götürmüşdü.
2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9143
GEL 1 1 Gürcüstan larisi 0.609
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1553
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1797
CHF 1 1 İsveçrə frankı 1.716
KWD 1 1 Küveyt dinarı 5.598
TRY 1 1 Türkiyə lirəsi 0.294