• çərşənbə, 24 Aprel, 11:52
  • Baku Bakı 13°C

Dəhşətli yol qəzası: valideynlər öldü, uşaqlar yaralandı

03.06.13 08:12 1751
Dəhşətli yol qəzası: valideynlər öldü, uşaqlar yaralandı
Azərbaycanda ağır yol qəzası baş verib.
Baş Dövlət Yol Polisindən APA-ya verilən məlumata görə, qəza Bakı-Qazax yolunun 53-cü kilometrliyində qeydə alınıb.
Elçin Nəsirlinin idarə etdiyi BMW markalı avtomobil hərəkətdə olmayan “KamAZ” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində BMW markalı avtomobilin sürücüsü və onun hələlik adı məlum olmayan həyat yoldaşı ölüb.
Qəza zamanı sürücünün avtomobildə olan övladları - 3 yaşlı Murad, 7 yaşlı Həmail, 10 yaşlı Vüsal və digər sərnişin, 1976-cı il təvəllüdlü Cəlal Fikrət oğlu Murtuzov ağır xəsarətlər alıblar.
Onlar Klinik Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.
banner

Oxşar Xəbərlər