• şənbə, 27 Aprel, 03:00
  • Baku Bakı 14°C

Dəhşətli yol qəzası: baş bədəndən ayrıldı

25.10.13 18:39 1329
Dəhşətli yol qəzası: baş bədəndən ayrıldı
Bu gün saat 18:35 radələrində Hacıqabul-Kürdəmir yolunda qəza baş verib. Hadisə şahidlərinin Anspress-ə verdiyi məlumata görə, qəza zamanı bir nəfər faciəvi şəkildə həlak olub. Hadisə nəticəsində sürücünün başı bədənindən ayrılıb. Şahidlər bildirirlər ki, qəzaya səbəb sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub. "Chevrolet" markalı avtomobili yüksək sürətlə idarə edən sürücü nəqliyyat vasitəsini dayandıra bilmədiyindən yol kənarındakı dərəyə aşırıb. Nəticədə maşın yoldan 30-40 metr uzaqlıqda tarazlığını itirib.
Məlumata görə, Bakı istiqamətindən gələn avtomobilin dövlət nömrə nişanının son rəqəmi 118 olub. Maşında sürücü ilə bağlı digər sərnişinlər də olub. Xəsarət alanların artacağı istisna edilmir. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırmalar aparılır.
banner

Oxşar Xəbərlər