• şənbə, 20 Aprel, 03:14
  • Baku Bakı 15°C

Dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb Yenilənib

28.12.13 18:25 1929
Dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb Yenilənib
Bakı-Şamaxı yolunun 59-cu kilometrliyində, Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində baş verən avtomobil qəzası zamanı xəsarət alanlarından daha biri dünyasını dəyişib. Bununla da dəhşətli qəzada ölənlərin sayı 7-yə çatıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı ölənlərin hamısının adı məlum olub.
Xəstəxanadan APA-ya verilən məlumata görə 90 KU 103 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşının sürücüsü, Qobustan rayonu Qızılbaş qəsəbə sakini, 1990-cı il təvəllüdlü Qasımov Nurlan Ədalət oğlu və sərnişinləri - Qızılbaş qəsəbə sakinləri Əliyev Güloğlan Balaxan oğlu və Bəndiyev Rəhman Əmrah oğlu dünyasını dəyişib.
Ağsu rayonun Qasımbəyli kənd sakini, 1956-cı il təvəllüdlü Hacıyev İnqilab Tacəddin oğlunun idarə etdiyi 90 BC 517 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobildə olan 4 nəfər – sürücü özü, Ağsu rayonunun Ərəbmehdibəy kənd sakini, 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamandar oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Əli qızı və Ağsu rayonu Gəgəli kənd sakini, 1991-ci il təvəllüdlü Mədətov Valeh Şirin oğlu da ölüb.
Məlumata görə, hərbçi Səməndər Xəlilov Yeni il bayramı ilə əlaqədar Bakıda xidmət etdiyi hərbi hissədən məzuniyyətə çıxaraq, yaşadığı Ağsu rayonuna gedirmiş.
Avtomobillərdə olan 8 nəfərdən sağ qalan bir nəfər - 1983-cü il təvəllüdlü Nuriyeva Gülşən Vəlimusa qızı hazırda ağır bədən xəsarətləri ilə Qobustan Mərkəzi Rayon Xəstəxanasındadır.
Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
---------
16:19
Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib. Bu barədə APA-ya hadisənin şahidi, keçmiş millət vəkili İkram İsrafil məlumat verib.
Onun sözlərinə görə, Qobustan rayonu ərazisində “Jiquli” markalı iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılardan biri əsgər olub.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya faktı təsdiqləsələr də, ölənlərin dəqiq sayının hələlik məlum olmadığını bildirib.
İ. İsrafil qəza yerindən çəkdiyi fotoları APA-ya təqdim edib.Yenilənib"> Yenilənib"> Yenilənib">

banner

Oxşar Xəbərlər