• cümə, 19 Aprel, 00:17
  • Baku Bakı 18°C

Dəhşətli qəza: iki nəfər yanaraq öldü

09.07.14 11:54 900
Dəhşətli qəza: iki nəfər yanaraq öldü
Buğda daşıyan “QAZel” markalı avtomobillə yanacaq daşıyan yük maşını toqquşub. Toqquşma nəticəsində yanğın baş verib. Hər iki avtomobil yanıb. “QAZel”də olan iki nəfərin yanaraq öldüyü bildirilir. Yanacaq daşıyan avtomobilin sürücüsü isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Ölənlərin və xəsarət alan şəxsin kimliyi bilinmir. Hər iki avtomobil yandığı üçün onların dövlət nömrə nişanları görünmür.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovun yayılmasının qarşısını alıblar.
Bakı-Qazax yolunda tıxac yaranıb.
banner

Oxşar Xəbərlər