• cümə, 29 Mart, 04:35
  • Baku Bakı 7°C

Dəhşət: rəqib azarkeşləri yandırmaq istədilər - Video

26.09.13 08:04 1243
Dəhşət: rəqib azarkeşləri yandırmaq istədilər - Video
Apasport.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Sarayevo” azarkeşləri oyun davam edərkən rəqib azarkeşlərə qarşı təhqiredici şüarlar səsləndirərək onları yandırmaq istəyib.
Get-gedə daha da coşan fanatlar oyunun 70-ci dəqiqəsində meydana daxil olaraq "Borats”lı futbolsevərlərin əyləşdiyi tribunaya doğru qaçmağa başlayıblar. Onlar əllərindəki yanan məşəlləri rəqib azarkeşlərin üzərinə ataraq onları yandırmaq istəyiblər.
Dərhal hadisəyə müdaxilə edən polis hadisənin qarşısını alıb. Azarkeşlərin sakitləşməməsi və özləri əyləşdiyi tribunalarda yanğın çıxartması səbəbindən oyun təxirə salınaraq stadion boşaldılıb.
banner

Oxşar Xəbərlər