• şənbə, 20 Aprel, 11:41
  • Baku Bakı 14°C

“Dedim ki, çılpaq məşq edək, onsuz da hamı ona baxacaq”

20.04.18 12:25 871
“Dedim ki, çılpaq məşq edək, onsuz da hamı ona baxacaq”
"Liverpul”un baş məşqçisi Yurgen Klopp komandanın düşərgəsində olan atmosfer barədə danışıb.
Kaspi.az xəbər verir ki, Klopp düşərgədə əla ab-havanın olduğunu bildirib. O, belə mühitin Məhəmməd Salahın ətrafında yarandığını vurğulayıb:
"Bizim yaxşı komandamız var. Hər kəsi Salahın ətrafında formalaşan mühit qane edir. "Siti” ilə oyundan əvvəl məşqə çıxarkən uşaqlara dedim ki, gəlin çılpaq məşq edək, onsuz da bu, heç kim diqqətini cəlb etməyəcək. Çünki hamı Salaha baxacaq.
İndi bizi Romaya səfər gözləyir. Situasiyanın dəyişəcəyini güman etmirəm. Uşaqlar komandada əla atmosfer yaradıblar. Uğurlu komandada həmişə yaxşı mühit olur.
Digər klublarda yüksək səviyyəli futbolçular ola bilər, amma komanda olmaz. Bizdə uşaqlar bir-birinə dəstəkdir. Gələcəyə yatırım qoymaq üçün əla şansımız yaranıb”.
banner

Oxşar Xəbərlər