• çərşənbə axşamı, 16 aprel, 21:00
  • Baku Bakı 18°C

“Dedilər ki, ona qarşı kobudluq etməyin, oyanar”

13.02.18 11:30 962
“Dedilər ki, ona qarşı kobudluq etməyin, oyanar”
Braziliya yığmasının sabiq futbolçusu Julio Baptista Argentina ilə qarşılaşmalar barədə danışıb.
Kaspi.az xəbər verir ki, Baptista Argentina ilə qarşılaşmadan əvvəl Messi ilə bağlı onlara xəbərdarlıq edildiyini də vurğulayıb. O, həmyerlisi Neymarı da Leo ilə müqayisə edib:
"Argentina yığması ilə oynayanda bizə xəbərdarlıq edirdilər ki, Messiyə qarşı kobud oynamayaq, yoxsa oyanar. Belə futbolçulara qarşı kobud oynayırsansa, onlar meydanda daha əzmlə mübarizə aparırlar.
Neymar da o tip futbolçulardandı. Ona qarşı kobudluq olanda emosiyaları çox yüksək olur. Neymar dünyanın ən güclü futbolçularından biridir”.
banner

Oxşar Xəbərlər