• cümə, 29 Mart, 05:24
  • Baku Bakı 7°C

“Dedi ki, səni artıq satıblar”

07.11.18 12:30 751
“Dedi ki, səni artıq satıblar”
Zlatan İbrahimoviçin "Mən futbolam” avtobioqrafik kitabında bir sıra maraqlı məlumatlar yer alıb.
Kaspi.az xəbər verir ki, Zlatan "Milan”dan PSJ-yə keçidinin də detallarını açıqlayıb. O, Paris nəhənginin qarşısında ağlasığmaz tələblər qoyduğunu, ancaq PSJ-nin onları qəbul etdiyini vurğulayıb:
"Adriano Qalliani mənə dedi ki, Zlatan narahat olma, səni satmayacağıq. Bu söhbətdən bir neçə həftə sonra Vaksholmedəki evimdə istirahət edirdim. Bir də baxdım ki, Rayoladan gələn beş zəngə cavab verməmişəm.
Rayola mənə dedi ki, Leonardo sənə zəng edəcək. "Hansı Leoanrdo” soruşdum. Dərhal da başa düşdüm ki, PSJ-nin idman direktorunu nəzərdə tutur.
Ona dedim ki, Leonardonun zənginə cavab verməyəcəyəm. Çünki Qallini mənə deyib ki, səni satmayacağıq. Mino isə sakitcə belə dedi: "Səni artıq satıblar”.
Mən Minoya dedim ki, bu transferə əngəl olarıq. PSJ-dən "Milan”da aldığım qədər məvacib tələb etdim. Düşündüm ki, onlar "sən ağlını itiribsən, bu, həddindən artıq çoxdur” deyəcəklər.
Minoya dedim ki, mənim bütün tələblərimi yazsın. Siyahını yekunlaşdırandan sonra Minoya bildirdim ki, parislilər bu ağlasığmaz tələbləri qəbul etməyəcəklər. Üstündən 20 dəqiqə keçəndən sonra o, zəng edib dedi ki, PSJ sənin bütün tələblərini qəbul etdi.
Mən sözümün ağasıyam. Deyirəmsə ki, bunu edəcəyəm, deməli, edəcəyəm. Onlar mənim tələblərimi qəbul etdilər, mən də keçidə razılıq verdim”.
banner

Oxşar Xəbərlər