• şənbə, 20 Aprel, 11:48
  • Baku Bakı 14°C

Dədə Şəmşirin xatirəsinə həsr olunmuş konsert keçiriləcək

07.03.17 15:45 1216
Dədə Şəmşirin xatirəsinə həsr olunmuş konsert keçiriləcək
Martın 25-də Heydər Əliyev Sarayında saz, söz sənətinin bilicisi, dədələrin yadigarı Dədə Şəmşirin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim ediləcək.
Heydər Əliyev Sarayının mətbuat xidmətindən bildirilib ki, konsertdə Ədalət Dəlidağlı, Solmaz Kosayeva, Qələndər Zeynalov, Telli Borçalı, Gözəl Kəlbəcərli, Əhliman Şirvanlı, Zülfiyyə İbadova, Fəzail Miskinli, Samirə Əliyeva, İlham Aslanbəyli, Familə Göyçəli, Əli Tapdıqoğlu, Kəmalə Qubadlı, Təbriz Vəliyev, Nemət Qasımlı, Kərəm Vəliyev, Əli Zeynalabdinov, İmaməli Budaqov, Nəbi Nağıyev, Nazim Quliyev, Avdı Musayev, Şaiq İncəli və başqaları çıxış edəcəklər.
Biletləri "iticket.az” saytından onlayn, şəhərin kassalarından və "ASAN xidmət” mərkəzlərindən əldə edə bilərsiniz.
banner

Oxşar Xəbərlər