• cümə axşamı, 25 aprel, 15:00
  • Baku Bakı 23°C

“Dəcəl Balam” jurnalı xeyriyyə yarmarkası keçirdi

14.07.14 15:22 1497
“Dəcəl Balam” jurnalı xeyriyyə yarmarkası keçirdi
İyulun 12-də “Dəcəl Balam” ailə və uşaq jurnalı Binəqədi rayonu İcra Hakimiyyətinin və YAP Gənclər Birliyinin dəstəyi ilə Binəqədi Rayonu H. Əliyev adına İstirahət Parkında xeyriyyə yarmarkası keçirdi.
“Kaspi”-yə verilən məlumata görə xeyriyyə yarmarkasının əsas məqsədi aztəminatlı ailələrdən olan, valideyn himayəsindən məhrum və valideynlərini itirmiş oğlan uşaqlarına sünnət toyu keçirmək üçün vəsait toplamaqdan ibarət idi. Yarmarkada jurnal satışı ilə yanaşı azyaşlı uşaqlara hədiyyələr verilib.
Bizə verilən məlumata görə, belə xeyriyyə yarmarkası bir neçə dəfə keçiriləcəyi də gözlənilir.
“Dəcəl balam” jurnalının mətbuat xidməti layihəyə dəstək olan Binəqədi rayonu İcra Hakimiyyətinə, YAP Gənclər Birliyinə, dadlı və gözəl dizaynlı tortuna görə Nigar xanıma və Dəcəl Balam ailəsinin fəallarına təşəkkürlərini bildirdi.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər