• cümə axşamı, 25 aprel, 18:09
  • Baku Bakı 21°C

“Dayandır və üstündə axtarış apar”

09.10.18 14:15 420
“Dayandır və üstündə axtarış apar”
ABŞ Prezidenti Donald Tramp Çikaqoda cinayətkarlığın baş alıb getməsinə son qoyacağını vəd edib və Çikaqo polisinin hərəkətlərinə məhdudiyyətləri azaltmağa çağırıb. Ağ Evin rəhbərinin sözlərinə görə, polisin praktikasında "Dayandır və üstündə axtarış apar” qaydasının tətbiq olunması şübhəli şəxsləri dayandırıb onların üzərində axtarış aparmağa və potensial cinayətkarların üstündə olan silahdan istifadə edilənə qədər həmin silahı aşkar etməyə imkan verəcək.
AZƏRTACxatırladır ki, 2015-ci ilin avqust ayında Çikaqo polisi "Dayandır və üstündə axtarış apar” praktikasına kənardan nəzarət edilməsinə razılaşıb. Bundan əvvəl Amerika Mülki Azadlıqlar İttiaqının hesabatında qeyd edilir ki, polis zabitləri afro-amerikan mənşəli şəxsləri qərəzli şəkildə saxlayırlar.
Trampın polisə daha çox sərbəstlik vermək barədə çağırışı 2014-cü ildə Çikaqodan olan ağdərili polis nəfəri qaradərili yeniyetməni qətlə yetirməkdə təqsirli bilinəndən üç gün sonra dərc edilmişdi. Bu çağırışın tərəfdarları bildirirlər ki, belə praktika qanunsuz silahları və digər qaçaqmalçılıq məhsullarını tapmağa, zorakı cinayətlərin qarşısını almağa kömək edir. Bu siyasətin əleyhdarları isə iddia edirlər ki, bu, azlıqlara münasibətdə ayrı-seçkilikdir. Çikaqo meri Ram Emanuelin nümayəndələri bildiriblər ki, son iki ildə Çikaqoda qətllərin sayı xeyli azalıb. Məlumata görə, 2016-cı ildə qətllərin sayı 771-ə çatmışdı. Bu, əvvəlki ildəkindən 60 faiz çoxdur.
banner

Oxşar Xəbərlər