• cümə, 19 Aprel, 13:20
  • Baku Bakı 25°C

Daxili Qoşunların Ali Hərbi Məktəbinin ilk buraxılışına həsr olunmuş mərasim keçirilib

23.06.18 17:58 866
Daxili Qoşunların Ali Hərbi Məktəbinin ilk buraxılışına həsr olunmuş mərasim keçirilib
Bu günDaxili İşlər Nazirliyi(DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin ilk buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnikRamil Usuboviştirak edib.

Daxili işlər nazirinin müavini – Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov təntənəli mərasimdə çıxış edərək Ali Hərbi Məktəbin ilk buraxılışının Qoşunların həyatında ən əlamətdar günlərdən biri olduğunu bildirib. Daxili işlər naziri R. Usubov Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin təbrik və xoş arzularını mərasim iştirakçılarına çatdırıb. R. Usubov qeyd edib ki, DİN-nin əsas struktur qurumlarından olan Daxili Qoşunlar yarandığı gündən şərəfli xidmət yolu keçib, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə fədakarlıqlar göstərib, ölkədə sabitliyin, ictimai təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayıb. Heydər Əliyevin vaxtilə dediyi "Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir” fikrini xatırladan daxili işlər naziri ölkə başçısının ali diqqət və qayğısının nəticəsi olaraq hazırda Daxili Qoşunların peşəkar hərbi quruma çevrildiyini nəzərə çatdırıb. Daxili Qoşunlar üçün yüksək ixtisaslı kadrların hazırlanmasında roluna, təmənnasız yardımlarına görə qardaş Türkiyə Respublikasının Jandarma Qüvvələri Baş Komandanlığına, hərbi mütəxəssislərinə təşəkkürünü bildirən R.Usubov bu işdə digər ölkələrin də anoloji təhsil müəssisələri ilə işgüzar əlaqələrin əhəmiyyətini qeyd edib.

R. Usubov hər zaman Daxili Qoşunların inkişafına qayğı göstərən prezidentİlham Əliyevin sərəncamı ilə peşəkar zabit kadrların hazırlanması məqsədilə 2014-cü ildə Ali Hərbi Məktəbin yaradıldığını, məhz Ali Baş Komandanın xüsusi diqqəti sayəsində onun maddi-texniki bazasının ilbəil gücləndiyini, bütün infrastruktur obyektlərinin tikildiyini nəzərə çatdırıb. Daxili işlər naziri bu gün Ali Hərbi Məktəbin öz təyinatına uyğun olaraq, Qoşunlar üçün yüksək ixtisaslı, peşəkar zabit heyətinin hazırlanması ilə bağlı çox böyük işlər gördüyünü, bu mühüm vəzifənin gələcəkdə də layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirib. Eyni zamanda gənc zabitləri, onların valideynlərini və yaxınlarını Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib. Nazir Ali Hərbi Məktəbi əla qiymətlərlə bitirmiş dörd məzuna - Emil Abdullayev, İlkin Allahverdiyev, XəyalCəbrayılov və Cavid Məhərrəmzadəyə fərqlənmə diplomlarını və "leytenant” hərbi rütbələrinin paqonlarını təqdim edib. Gənc zabit Emil Abdullayev "Yaş kötüyü”nə rəmzi xatirə lövhəsini vurub.

Daha sonra döyüş bayrağı üçüncü kursun kursantlarına təhvil verilib və onlar Məktəbin marşını ifa ediblər. Sonda şəxsi heyət tənətənəli marşla tribunanın qarşısından keçib.
banner

Oxşar Xəbərlər