• cümə, 19 Aprel, 14:26
  • Baku Bakı 25°C

Daxili işlər orqanları ötən gün 39 cinayətin üstünü açıb

20.03.21 17:45 1002
Daxili işlər orqanları ötən gün 39 cinayətin üstünü açıb
Daxili İşlər Nazirliyi (DİN) martın 19-da qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən Kaspi.az-a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 39 cinayətin üstünü "isti izlər”lə açıblar. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.
banner

Oxşar Xəbərlər