Daxili işlər nazirinin telefonunu oğurlayıblar
Böyük
Britaniyanın daxili işlər naziri Sacid Cavid bir neçə ay əvvəl küçədə mopedlə
ona hücum edən qarətçilərin mobil telefonunu oğurladıqlarını etiraf edib.
APA-nın
məlumatına görə, S. Cavid bunu "The Sun" qəzetinə müsahibəsində
bildirib. O, hadisənin bir anda baş verdiyini qeyd edib: "Mən Londonda Yuston
vağzalı yaxınlığında idim. Telefonumu əlimə
aldım ki, taksi çağırım. Nə baş verdiyini anlayana qədər artıq hadisə olmuşdu.
Onlar sadəcə, yaxınlaşdılar, telefonu aldılar və aradan çıxdılar".
Daxili
işlər naziri Böyük Britaniya şəhərlərində küçələrdə zorakılığın azaldılması
üçün internetdə bıçaq satışına qadağa qoyulmasını, polislərin gənclərlə
profilaktiki söhbətlər aparmasını, o cümlədən narkotik satıcıları ilə mübarizənin
gücləndirilməsini zəruri sayıb.
Qeyd edək
ki, S. Cavid bu il aprelin 30-da daxili işlər naziri təyin edilib. Bundan əvvəl
isə region məsələləri və yerli idarəetmə üzrə nazir olub. S. Cavid Pakistan əsilli
miqrant ailəsində anadan olub, Böyük Britaniyada etnik azlığa mənsub ilk daxili
işlər naziridir.