• şənbə, 20 Aprel, 07:46
  • Baku Bakı 14°C

Daxili işlər naziri Qattuzonu təhqir etdi

26.11.18 13:40 623
Daxili işlər naziri Qattuzonu təhqir etdi
A seriyasının 14-cü turunda "Milan”ın "Latsio” ilə heç heçə (1:1) etməsi İtaliyanın daxili işlər naziri Matteo Salvini qane etməyib.
Kaspi.az xəbər verir ki, "Milan”nın çılğın azarkeşi olan Salvi xal itkisinə görə baş məşqçi Cennaro Qattuzonu günahlandırıb. O, Qattuzonu təhqir edəcək ifadələr işlədib:
"Qattuzo donuzbaşdır. Əgər sən belə önəmli qarşılaşmada qol vurursansa, onda normal şəkildə müdafiə olunmalısan. Cennaro nə vaxt əvəzetməyə qərar verdi? Əlavə vaxtda? Minimum 3 futbolçu vardı ki, leysana və meydanın vəziyyətinə görə, yorğun idilər. Kimsə mənə izah etsin, Qattuzo niyə belə tərsdir?
Son 10 dəqiqədə meydana qaçmağı bacaran futbolçular buraxmaq lazım idi. Onun qərarlarının düzgün olmadığını anlamaq üçün məşqçilik sertifikatı almağa ehtiyac yoxdur. Bunu, hər bir azarkeş anlayır. "Milan”ın problemləri müdafiədə və yarımmüdafiədədir. Taktiki düzülüşü görəndə allaha dua etməyə başladım”.
banner

Oxşar Xəbərlər