AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Davudoğlunun erməni müşavirindən gözlənilməz açıqlama

Davudoğlunun erməni müşavirindən gözlənilməz açıqlama

Təfsilat
15 Aprel 2015, 06:25 581
“Bosniya və Afrikada baş verən soyqırımlar qəbul edilərkən 1915-ci ildə ermənilərə qarşı törədilənlərə soyqırım deməmək imkansızdır”. APA-nın “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlunun müşaviri Etyen Mahçupyan deyib.

Roma Papasının bəyanatını şərh edən E. Mahçupyan Vatikanın 100 illik psixoloji ağırlığı üzərindən atdığını bildirib: “Niyə 100 il sonra bu kəlmədən istifadə etdiyini söyləməkdənsə, tərsdən baxıb niyə bu qədər müddət susduqlarını demək lazımdır. Vatikan bunu çoxdan söyləyə bilərdi, lakin söyləmədi”.

E. Mahçupyanın fikrincə, Papanın açıqlamasının siyasi tərəfi yoxdur: “Həm ermənilər, həm də erməni olmayanlar üçün soyqırım kəlməsi artıq siyasi deyil, psixoloji anlam daşıyır. Əsas məsələ yaşanmış hadisəni etiraf etməkdir. Yaşanmışlara baxmaq və dərs çıxararaq gələcəyi birlikdə qurmaq önəmlidir. Kəlmənin önəmi yoxdur. 100 il öncəsinə birlikdə baxa bilməyimiz daha əhəmiyyətlidir”.