• cümə, 19 Aprel, 12:54
  • Baku Bakı 25°C

Davudoğlunu Ermənistanda etirazla qarşılayacaqlar

10.12.13 10:29 944
Davudoğlunu Ermənistanda etirazla qarşılayacaqlar
Ermənistanın “Sarkis Txruni” Tələbə Gənclər İttifaqı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun İrəvana səfərinə etiraz əlaməti olaraq aksiya keçirməyə çağırıb.
APA-nın “Armenia Today”ə istinadən xəbərinə görə, ittifaq Ermənistan hakimiyyətindən Ə.Davudoğlunu dövlət səviyyəsində qəbul etməməyi, onun İrəvandan anti-erməni tribunası kimi istifadə etməsinə imkan verməməyi, qondarma “erməni soyqırımı” ilə bağlı açıqlamalarına dair izahat verməsini tələb edib.
Təşkilatın bəyanatında daha sonra deyilir: Türkiyənin “qonşularla sıfır problem” siyasəti məhz Ankara tərəfindən pozulub. Biz erməni gəncliyini həmin gün Türkiyənin anti-erməni və saymazyana siyasətinə qarşı birləşməyə çağırırq”.
banner

Oxşar Xəbərlər