• cümə axşamı, 28 mart, 16:17
  • Baku Bakı 16°C

Davudoğlu Putinin və Ollandın Ermənistan səfərinə münasibət bildirdi

24.04.15 06:42 1124
Davudoğlu Putinin və Ollandın Ermənistan səfərinə münasibət bildirdi
Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin ermənilərə müraciətində “soyqırım” ifadəsindən istifadə etməsinə münasibət bildirib.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu xarici işlər naziri Mövlud Çavuşoğlu ilə bu məsələni müzakirə etdiyini deyib: “Lazımi diplomatik addımlar atılacaq”.
Ə. Davudoğlu Rusiya və Fransa prezidentlərinin Ermənistandakı tədbirlərə qatılmasının ATƏT-in Minsk Qrupunun tərəfsizliyinə kölgə saldığını söyləyib: “Türkiyədəki tədbirə neçə dövlət başçısı qatılır, Ermənistandakı tədbirə neçəsi qatılır, baxın. Onların tədbiri nifrət, öfkə, bizim tədbirimiz isə sülh zirvəsidir”.
banner

Oxşar Xəbərlər