Davudoğlu Kerri ilə Qarabağdan danışıb

Davudoğlu Kerri ilə Qarabağdan danışıb

Təfsilat
08 Aprel 2013, 09:05 962
Aprelin 7-də İstanbulda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçirilib.

APA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli münasibətlərlə yanaşı, İsrail-Fələstin münaqişəsi ətrafında vəziyyət, Suriya, Kipr, həmçinin Cənubi Qafqazdakı vəziyyət və Dağlıq Qarabağ problemi də müzakirə olunub.

“Türkiyə-Ermənistan münasibətləri məsələyə kompleks yanaşma tələb edən həlledici əhəmiyyət daşıyır. Minsk prosesinə təkan, impuls verilməlidir. Azərbaycan ərazisi təcavüzə məruz qalıb, bu məsələnin həllində konkret addımların atılması zəruridir”, - deyə Ə. Davudoğlu görüşdə bildirib.

O qeyd edib ki, Türkiyə və ABŞ bu məsələlərə gələcəkdə də toxunmalı və diqqət yetirməlidir.