• cümə axşamı, 18 aprel, 15:45
  • Baku Bakı 22°C

Davudoğlu: Hər zaman Azərbaycanın yanında olacağıq

11.06.13 10:49 1334
Davudoğlu: Hər zaman Azərbaycanın yanında olacağıq
APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Fələstinə dəstək üzrə donor konfransında çıxışı zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
O bildirib ki, Azərbaycanın son illər bütün beynəlxalq tədbirlərdə iştirakını görmək Türkiyəni sevindirir: “Azərbaycanın Fələstinlə bağlı tədbirə ev sahibliyi etməsi çox yaxşıdır. Fələstin münaqişəsi İslam dünyasının ortaq məsələsidir. Eyni zamanda Türkiyə və Azərbaycan bu məsələdə qarşılıqlı dəstək göstərməkdədir”.
XİN rəhbəri zərbaycanın bütün beynəlxalq fəaliyyətini və təşəbbüslərini dəstəklədiklərini vurğulayıb: “Bu dəstəyi göstərmək üçün konfransda iştirak edirəm. Bundan sonra da Azərbaycanla bərabər İslam Əməkdaşlığı Təşkilatında çalışmaları bərabər davam etdirib, Fələstinin haqlarının qorunmasına davam edəcəyik”.
Ə.Davudoğlu Bakıya səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcəyini söyləyib: “Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına hazırlıqları nəzərdən keçirəcəyik. Eyni zamanda Azərbaycanın haqlarını qorumaq anlamında tam dəstəklədiyimiz Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması, Qarabağ münaqişəsinin həllində hansı addımların atıla biləcəyi ilə bağlı diplomatik fəaliyyətlərimizi həyata keçirəcəyik. Biz hər zaman can Azərbaycanın yanında, çiyin-çiyinə olmuşuq və onun iqtisadi yüksəlişinin artması ən çox Türkiyəni sevindirməkdədir. Hər zaman və hər yerdə Azərbaycanla bir yerdə olmağa davam edəcəyik”.
banner

Oxşar Xəbərlər