• cümə, 29 Mart, 09:32
  • Baku Bakı 5°C

Davudoğlu baş nazirliyə namizəd oldu

22.08.14 11:25 1186
Davudoğlu baş nazirliyə namizəd oldu
APA-nın Türkiyənin rəsmi “Anadolu” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, iclas partiyanın hazırkı başqanı və ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğanın sədrliyi ilə keçirilib. İclasda Ərdoğan AKP başqanlığına namizədin hazırkı xarici işlər naziri Əhməd Davudoğlunun olduğunu açıqlayıb. O bildirib ki, partiyanın qurultayında başqan seçiləcəyi təqdirdə Türkiyə respublikasını 62-ci hökumətinin baş nazirliyinə də namizədləri Əhnəd Davutoğlu olacaq. Ərdoğan qeyd edib ki, hökumətin Davudoğlunun idarəçiliyi ilə də prinsipiallığını qoruyacağına inanır: “İstər paralel yapı ilə mübarizədə istərsə də çözüm sürəci məsələsində prezident olaraq daim Davudoğlunun yanında olacam, bundan heç kimin şübhəsi olmasın”, deyə Rəcəb Tayyip Ərdoğan qeyd edib.
Qeyd edək ki, hakim AKP-nin qurultayı avqustun 27-nə təyin olunub. Partiyanın yeni rəhbəri də qurultayda müəyyən ediləcək.
Xatırladaq ki, AKP başqanı və hazırkı baş naziri Rəcəb Tayyip Ərdoğan avqustun 11-də keçirilmiş seçkilərdə Türkiyənin prezidenti seçilib.
banner

Oxşar Xəbərlər