• cümə axşamı, 28 mart, 20:28
  • Baku Bakı 13°C

Davos forumuna 50-dən çox dövlət başçısı qatılacaq

03.01.17 12:21 728
Davos forumuna 50-dən çox dövlət başçısı qatılacaq
Bir sıra dünya liderləri cari ilin yanvarın 17-20-də İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadi Forumuna qatılmayacaqlar. "APA-Economics" xəbər verir ki, bu barədə DPA agentliyi təşkilatın rəsmilərinə istinadən yazır.

Forumun rəsmiləri qeyd ediblər ki, Almaniyanın kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland tədbirdə iştirak etməyəcəklər.

Xatırladaq ki, A. Merkel ötən il də forumda iştirak etməyib. Almaniyanı maliyyə naziri Valfqanq Şoyble təmsil edəcək.

Buna baxmayaraq, cari ildə foruma Çin lideri Si Tzinpin qatılacaq.

Ümumilikdə, builki forumda 50-dən çox ölkə, hökumət və iri korporasiya başçısının iştirakı gözlənilir.
banner

Oxşar Xəbərlər