• cümə, 19 Aprel, 19:36
  • Baku Bakı 24°C

David Zalkaliani: Azərbaycan Gürcüstanın əsas strateji tərəfdaşıdır

18.06.19 11:15 392
David Zalkaliani: Azərbaycan Gürcüstanın əsas strateji tərəfdaşıdır
Gürcüstanın və Azərbaycanın birgə həyata keçirdikləri strateji layihələr təkcə bizim regionun deyil, qonşu Türkiyə ilə yanaşı Avropa İttifaqı və ABŞ-ın da maraqlarına cavab verir.
AZƏRTACxəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri David Zalkaliani ölkənin "İmedi” televiziya kanalında yayımlanan "İmedi Live” proqramında bildirib.
Nazir deyib ki, Azərbaycan Gürcüstanın əsas strateji tərəfdaşıdır. Ərazilərimizin işğal altında olduğu bir halda, biz əsas strateji tərəfdaşımızla münasibətləri korlaya bilmərik.
Gürcüstan-Azərbaycan sərhədinin müəyyən olunması üzrə birgə komissiyanın fəaliyyətinə toxunan D.Zalkaliani deyib: "İki ölkə arasında sərhədlə bağlı danışıqların öz ardıcıllığı və strategiyası var. Gürcüstan hökumətinin gizli danışıqlar aparmaq niyyəti yoxdur. Sərhəd məsələsi ilə bağlı tərəflər arasında konsensusun əldə olunması çox önəmlidir. Ümid edirəm ki, biz bu məsələdə ümumi razılıq əldə edə biləcəyik”.
banner

Oxşar Xəbərlər