• cümə axşamı, 28 mart, 22:55
  • Baku Bakı 13°C

David Usupaşvili: "Prezident seçkilərində əsas rəqibim olan Salome Zurabişvilini məğlub edəcəyəm"

07.08.18 15:18 529
David Usupaşvili: "Prezident seçkilərində əsas rəqibim olan Salome Zurabişvilini məğlub edəcəyəm"
"Oktyabrın 28-də keçiriləcək prezident seçkilərində əsas rəqibim, hakim partiyanın deputatı və prezidentliyə namizəd Salome Zurabişvilidir. Lakin mən onu asanlıqla məğlub edəcəyəm".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sabiq sədri, "İnşaatçılar Hərəkatı"nın rəhbəri David Usupaşvili bildirib.
O deyib ki,2007-ci ildə keçirilən seçki marafonunda S.Zurabişvili ilə rəqib olub: "O zaman mən onu asanlıqla məğlub etdim. İnanıram ki, bu dəfə də onu məğlub edəcəyəm".
D.Usupaşvilinin sözlərinə görə, gürcü xalqı dəyişikliyi, inkişafı sevir və2012-ci ildə olduğu kimi, bu dəfə də dəyişikliyə səs verəcək: "Xalq məni prezident seçəcək".
Qeyd edək ki, oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək.
banner

Oxşar Xəbərlər