• şənbə, 27 Aprel, 07:09
  • Baku Bakı 12°C

“Davamlı insan inkişafı” kursuna yekun vurulub

02.05.14 15:45 2688
“Davamlı insan inkişafı” kursuna yekun vurulub
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Mətbuat Şurasının (MŞ) birgə təşkilatçılığı ilə Akademiyanın Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutu tərəfindən “Davamlı insan inkişafı” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursuna yekun vurulub.
Aprelin 28-dən mayın 2-dək davam edən kursun ilk günündə MŞ-nın sədri Əflatun Amaşov media təmsilçilərinə bu layihə barədə ətraflı məlumat verib, günün əsas ictimai, siyasi, mədəni hadisələri ətrafında jurnalistlərlə fikir mübadiləsi aparıb. DİA-nın Regional İqtisadi və Sosial Araşdırmalar İnstitutunun direktoru, professor, AMEA-nın müxbir üzvü Əli Nuriyev “Azərbaycanda davamlı insan inkişafı perspektivləri”, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə “Yoxsulluğun aradan qaldırılması istiqamətində dövlət siyasətinin KİV-də işıqlandırılması” mövzularında məruzə ediblər. Sonrakı günlərdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov, Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov, DİA-nın professoru Etibar Nəcəfov, dosent Flora Ağayeva, müəllimlərdən Miraqil Seyidzadə, Cahangir Cahangirli, Murtəza Həsənov müxtəlif məruzələrlə iştirakçılar qarşısında çıxış ediblər.
Tədbirin son günündə Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunun direktoru, professor Gülnarə Qurbanova və MŞ-nın sədri Əflatun Amaşov “Davamlı insan inkişafı” istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursunun iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd edək ki, beş günlük kurslarda 19 qəzet, 5 informasiya agentliyi, 6 televiziya təmsilçisi iştirak edib.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər