• cümə, 29 Mart, 09:23
  • Baku Bakı 5°C

Davamlı inkişafa nail olma yolları

16.02.15 11:25 958
Davamlı inkişafa nail olma yolları
“British Council” “Azərbaycan tədqiqatçı əlaqələri” layihəsi, eləcə də Xəzər Universiteti və Birləşmiş Krallığın Ridinq Universiteti ilə tərəfdaşlıq çərçivəsində 16-20 Fevral 2015-ci il tarixdə "Təbii resurslarla zəngin ölkələrdə davamlı inkişafa nail olma yolları" mövzusunda beynəlxalq seminar təşkil edib. “British Council”ın proqramlar üzrə meneceri Nərgiz Hüseynovanın “Kaspi”yə verdiyi məlumata görə, tədbirin rəsmi açılış mərasimi 16 fevral tarixində Xəzər Universitetinin “Neftçilər” kampusunda baş tutub. Seminarda Xəzər Universitetinin Böyük Britaniya tərəfdaşı Ridinq Universiteti, habelə Oksford və digər universitetlərin tanınmış tədqiqatçıları ilə birgə müzakirələr aparılıb. Həmçinin müvafiq şəbəkənin yaradılması və bu imkandan yararlanaraq, Azərbaycanın gənc tədqiqatçılarının bilik və səriştələrinin artırılması istiqamətində maraqlı diskussiyalar keçirilib.
Seminarda həmçinin SOCAR və Azərbaycan Dövlət Neft Fondunun təqdimatları dinlənilib, ölkədə fəaliyyət göstərən müvafiq nazirliklər, yerli və xarici təşkilatların, tanınmış universitetlərin nümayəndələri çıxış edib, mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində Böyük Britaniyadan gəlmiş qonaqlar üçün maraqlı mədəni proqram da təşkil edilib.
banner

Oxşar Xəbərlər