• şənbə, 20 Aprel, 12:53
  • Baku Bakı 23°C

Daşkəsəndə raket aşkarlanıb

23.07.18 09:15 313
Daşkəsəndə raket aşkarlanıb
Daşkəsəndə raket aşkarlanıb. Minalardan Təmizlənməsi üzrə Milli AgentlikdənAPA-ya verilən xəbərə görə, 22 iyul tarixində saat 15:30-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Daşkəsən rayonu, Zivlan kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Daşkəsən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə çay kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd PQ-7S raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
banner

Oxşar Xəbərlər