• cümə, 26 Aprel, 20:41
  • Baku Bakı 22°C

Daşkəsəndə ana və körpəsinin qətli ilə bağlı cinayət işi başlanıb, şübhəli şəxs axtarılır

21.06.17 14:10 1443
Daşkəsəndə ana və körpəsinin qətli ilə bağlı cinayət işi başlanıb, şübhəli şəxs axtarılır
Daşkəsəndə törədilən dəhşətli qətllə bağlı cinayət işi başlanıb.
Rayon ProkurorluğundanAPA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Hazırda hadisəni törətməkdə şübhəli bilinən Rafiq Ələkbərovun yerinin müəyyənləşdirilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Prokurorluqdan həmçinin bildirilib ki, R. Ələkbərov qətlə yetirdiyi qadınla qeyri-rəsmi nikah münasibətlərində olub.
banner

Oxşar Xəbərlər