• cümə axşamı, 28 mart, 19:49
  • Baku Bakı 13°C

Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı Beynəlxalq elmi konfrans keçirilib

05.12.19 17:36 742
Daşkənddə “Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı Beynəlxalq elmi konfrans keçirilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədə dahi şairin yaradıcılığına həsr olunmuş silsilə tədbirlər keçirir.
"Nəsimi ili” çərçivəsində Özbəkistan Milli Elmlər Akademiyasının (ÖMEA) Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutunda İmadəddin Nəsiminin 650 illik yubileyi ilə bağlı "Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm” adlı beynəlxalq elmi konfrans keçirilib.
Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistan Milli Elmlər Akademiyasının birgə layihəsi ilə reallaşan beynəlxalq elmi konfransda Özbəkistan və Azərbaycanın tanınmış elm, ədəbiyyat xadimləri, nəsimişünas alimlər, tərcüməçilər, şair və yazıçıalr, institutun rəhbərləri və əməkdaşları iştirak edib.
Konfransı giriş sözü ilə İnstitutun direktoru, professor Nizaməddin Maxmudov, Özbəkistan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor Baxrom Abduxalımov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan səfirliyinin birinci katibi Samir Abbasov açıblar.
Nizaməddin Maxmudov Nəsiminin həyatı və yaradıcılığı, ayrı-ayrı şeirləri haqqında söhbət açıb, böyük şairin Özbəkistanda da çox sevildiyini diqqətə çatdırıb. Alim deyib ki, Azərbaycan Nazirlər Kabinetinin7 may2019-cu iltarixli Qərarı ilə Azərbaycan Respublikasında İmadəddin Nəsimi əsərləri dövlət varidatı elan edilib.
Professor Baxrom Abduxalımov bildirib ki, Nəsimi yalnız Azərbaycan xalqının yox, həm də bütün türk dünyasının, Şərq ədəbiyyatının tanınmış şairidir. Şair bəşəri ideyaları təbliğ edib, insanları öz ideyası ətrafında birləşməyə çağırıb. O, vurğulayıb ki, təhsiliniAzərbaycanın Şamaxı şəhərindəalan böyük şair dövrün elmlərini, dinlərin tarixini, məntiq,riyaziyyatvəastronomiyanıöyrənib.
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nəsimi ili münasibəti ilə Özbəkistanda keçirilən tədbirlər, Mədəniyyət Mərkəzinin həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib.
Nəsiminin yaradıcılığının dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edən diplomatAzərbaycan ədəbiyyatında eşq şairi kimi tanınan Nəsiminin şeirlərinin fəlsəfi baxımdan dünya poeziyasının inciləri sırasına daxil olduğunu bildirib.
Samir Abbasov "Nəsimi ili” ilə əlaqədar şairin qəzəllərinin özbək dilinə tərcümə olunduğunu və Daşkənddə nəşr edildiyini, şairin Özbəkistanda saxlanılan əlyazmalarının aşkar edildiyini söyləyib.
Sonda o, dahi Nizami Gəncəvinin özbək dilinə tərcümə olunmuş və yeni çapdan çıxan "Xəmsə”sinin xüsusi nəşrini iştirakçılara təqdim edib.
S. Abbasov toplunu Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına, Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutuna və Nəvai adına Ədəbiyyat, Dil və Folklor İnstitutuna hədiyyə edib. O, Nizami Gəncəvinin "Xəmsə”sini tarixdə ilk dəfə olaraq bütövlükdə özbək dilinə tərcümə edən Özbəkistanın Xalq şairi Camal Kamala üzərində dahi Nizaminin rəsmi olan xalça bağışlayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın "Nəsimi və 15-ci əsr özbək ədəbiyyatı” mövzusundakı çıxışı maraqla qarşılanıb.
Alim bildirib ki, Nəsimi istər dini, istər fəlsəfi, istərsə də irfani , hürufi, təfsirçi şəxsiyyətini şeirlə ifadə edib. Nəsimi elə bu özəlliyi ilə diqqəti çəkib. S.Şıxıyeva bir sıra ölkələrdə Nəsiminin təsiri ilə şeirlər yazan şairlərdən də danışıb.
AMEA Füzuli adına Əlyazmalar İnstitutunun bölmə müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə dünyanın müxtəlif elm, mədəniyyət müəssisələrində saxlanılan əlyazmalar, Nəsimi irsinə dair aparılan araşdırmalar barədə məruzə ilə çıxış edib. O, yeni aşkar olunan əlyazmaların surətlərinin əldə edilərək Azərbaycanda yenidən tədqiqata cəlb olunması ilə bağlı təklif və ideyalarını səsləndirib.
Tədbirdə akademik Tura Mirzəyev, , Xalq şairi Camal Kamal, filologiya elmləri doktoru İbroxim Xakkulov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc şair Fərid Hüseyn, Azərbaycanın Şamaxı-İsmayıllı regional mədəniyyət idarəsinin rəisi Elnur Hüseynov, Özbəkistan Yazıçılar İttifaqı sədrinin müavini Qayrat Məcid, filoloğiya elmləri namizədi Erqaş Oçilov, Buxara Dövlət Universitetinin dosentləri Xusniddin Eşonkulov, Zilola Amonova, tədqiqatçı-jurnalist Rüstəm Cabbarov və başqaları məruzələrində Nəsiminin mənəvi azadlığa, bəşəri dəyərlərə, əmin-amanlığa çağıran ölməz poeziyası haqqında söhbət açıblar.




banner

Oxşar Xəbərlər