Daşkənddə “İki xalqın iftixarı” nümayiş olunub
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində
(AMM) özbək ədəbiyyatının klassiki, şair, tərcüməçi, pedaqoq, tanınmış
soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibətilə elmi
konfrans keçirilib. Eyni zamanda mərkəzin layihəsi ilə Maqsud Şeyxzadə haqqında
lentə alınan "İki xalqın iftixarı” adlı sənədli filmin və "Özbək şeir çələngi”
adlı kitabın təqdimatı olub.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyinin əməkdaşları, Özbəkistan Milli Elmlər Akademiyasının, Nəvai adına Ədəbiyyat İnstitutunun alimləri, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, yerli azərbaycanlılar və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə iştirakçılar Maqsud Şeyxzadənin yaradıcılığına həsr olunmuş
kitab sərgisinə baxıblar, sonra şairin əsərlərinin də yer aldığı "Özbək şeir
çələngi” adlı kitab iştirakçılara təqdim olunub.
AMM-nin direktoru Samir Abbasov Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Maqsud Şeyxzadənin yaradıcılığı, onun özbək ədəbiyyatına verdiyi töhfələrdən danışıb, ədibin özbək xalqının qəhrəmanı Cəlaləddin Manguberdi, hökmdar Mirzə Uluğbəy kimi tarixi şəxsiyyətlərlə bağlı yaratdığı ölməz əsərlərlə özbək dramaturgiyasının əsasını qoyduğunu bildirib.
S.Abbasov Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbəkistanda yaşayan tanınmış azərbaycanlıların irsinin geniş təbliğ edildiyini vurğulayıb və bu məsələnin daim Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqətində olduğunu söyləyib.
Özbəkistan Yazıçılar İttifaqının nümayəndəsi Risalət Xaydarova Maqsud
Şeyxzadənin xidmətlərinin Özbəkistan dövləti tərəfindən yüksək
qiymətləndirildiyini və onun dövlət tərəfindən "Böyük xidmətləri üçün” ordeni
ilə təltif olunduğunu qeyd edib. O, Özbəkistan prezidenti Şavkat Mirziyoyevdən
sitat gətirib: "Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir
və XX əsr özbək ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil
edilib”.
Daha sonra sənədli materialların, həm də bədii parçaların yer aldığı "İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdirilib. Filmin ssenari müəllifi və rejissoru Daşkənddə yaşayan soydaşımız Eldar Məmmədovdur.
Maqsud Şeyxzadənin həyat və yaradıcılığı, onun Azərbaycan və özbək xalqlarının ədəbiyyatına verdiyi töhfələr, yaratdığı ölməz əsərləri haqqında danışılan filmdə bir sıra arxiv materiallarından istifadə edilib, ekran əsərində Azərbaycan və Özbəkistanın tanınmış elm, ədəbiyyat nümayəndələrinin müsahibələri də öz əksini tapıb.