• çərşənbə axşamı, 23 aprel, 22:11
  • Baku Bakı 20°C

Daşkənddə Əlişir Nəvaiyə həsr olunmuş beynəlxalq konfrans keçirilir - FOTOLAR

26.11.21 14:45 493
Daşkənddə Əlişir Nəvaiyə həsr olunmuş beynəlxalq konfrans keçirilir - FOTOLAR
"Noyabrın 23-də Özbəkistanın Nəvai şəhərində başlayan "Əlişir Nəvai-580” beynəlxalq elmi konfransı Daşkənddə davam edəcək".

Bu barədə Kaspi.az-a konfransın iştirakçısı filologiya elmləri doktoru Almaz Ulvi Binnatova məlumat verib.

Ədəbiyyatşünas, yazıçı-publisist Almaz Ulvi Binnatova qeyd edib ki, nəvaişünasların toplantısı Daşkəbddəki "Nəvai teatrı"nda öz işinə başlayacaq: "Nəvai şəhərində 3 dəfə məruzəm dinlənildi. Plenar iclasda Azərbaycan adına konfrans iştirakçılarını salamlayaraq "Azərbaycanda Nəvaişünaslıq məsələləri" mövzusunda çıxış etdim. Çıxışdan sonra Nəvai haqqında yazdığım kitabları Nəvai vilayət hakiminə təqdim elədim. Bölmə iclaslarında isə "Əlişir Nəvainin "Şeyx Sənan” qissəsi” və "Əlişir Nəvainin "Oxatma haqqında risaləsi” mövzularında məruzələrim oldu. 23 noyabrda Nəvai şəhərində başlayan "Əlişir Nəvai-580" beynəlxalq elmi konfransı Daşkənddə davam edəcək”.

Xatırladaq ki, konfransda ölkəmizi təmsil edən filologiya elmləri doktoru Almaz Ulvi Binnatova Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiridir. O, Özbəkistan Respublikası Kokand Dövlət Pedaqoji İnstitutunun Fəxri Professoru, Bişkek şəhərində yaradılan "Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği” təşkilatın üzvüdür.


banner

Oxşar Xəbərlər