AZE | RUS | ENG |

Daşkənddə dəyəri milyon dollardan çox olan qədim xəzinə tapılıb

Daşkənddə dəyəri milyon dollardan çox olan qədim xəzinə tapılıb
Özbəkistan Milli Universitetinin alimləri Daşkəndin tarixi binalarından birində ümumi dəyəri milyon dollardan çox olan qədim xəzinə tapıblar.
 
AZƏRTAC xəbər verir ki, kun.uz nəşrinin yaydığı məlumata görə, həmin qiymətli əşyalar 80 ildir itmiş sayılırdı. Xəzinə binanın zirzəmisinin altında yerləşən gizli tikilidə tapılıb. Mütəxəssislər o cümlədən Romanovların Daşkənddəki sarayının 1918-ci il kolleksiyasından olan eksponatlar və Stalin repressiyaları qurbanlarına, habelə zadəganlara və Avropadan Sankt-Peterburqa köçmüş alimlərə məxsus əşyalar aşkarlayıblar.
 
Tapıntılar arasında XIX əsrə aid qızıl mikroskop, qiymətli metallardan olan pullar və külçələr, nadir kitablar və əlyazmaları, rəsm əsərləri və ikonalar var. Bəzi əşyaların bərpa olunmaq üçün Almaniya və Polşadan olan mütəxəssislərə veriləcəyi bildirilir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916