• çərşənbə, 08 May, 22:44
  • Baku Bakı 18°C

Daşkənd və Aşqabad viza məsələsini həll etmədi

25.04.18 21:52 871
Daşkənd və Aşqabad viza məsələsini həll etmədi
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Daşkəndə səfəri zamanı Özbəkistana TAPİ (Türkmənistan-Əfqamıstan-Pakistan-Hindistan) qaz kəmərinin inşası ilə bağlı tərəfdaşlıq və Xəzər dənizinin limanlarının infrastrukturundan maksimal dərəcədə istifadə etməyi təklif edib. Bununla belə, səfər zamanı bir sıra konkret məsələlər – iki ölkə arasında viza rejiminin sadələşdirilməsi, Daşkəndlə Aşqabad, eləcə də digər özbək şəhərləri ilə birbaşa aviaməlumatların qurulması məsələləri həllini tapmayıb.
Məlumat üçün bildirək ki, Türkmənistana viza almaq Birləşmiş Ştatlara, Böyük Britaniyaya və bir sıra ölkələrə viza almaqdan da sərtdir. Və bu hal tək turistlərə deyil, sərhədyanı əyalətlərin sakinlərinə də aiddir. Türkmənistanın Taşauz və Çardjou vilayətlərində böyük sayda özbək diasporu yaşayır. Özbəkistanda isə türkmənlər Amudərya çayı boyu, Buxara, Kaşkadarya, Surxandərya və Xarəzm vilayətlərində məskunlaşıblar. Qohumlar illər uzunu bir-birini görməkdən məhrum olublar, bir-birinin yas və yaxud xeyir işlərinə gedib-gələ bilmirlər. Bu cəhdləri alınsa belə, gərginliklərdən keçməli olurlar. Bir qisim viza üçün Aşqabada, digərləri isə Daşkəndə getməyə məcbur olur. Özü də hələ tam əmin ola bilməzlər ki, onlara viza verəcəklər. "Viza rejiminin sadələşdirilməsi məsələsi prezidentlərin görüşündə müzakirə olunmayıb. Özbəkistanın xarici siyasətində xeyli dəyişikliklər var. Və bu, qonşularla sıx əməkdaşlığa söykənir. Məsələn, əgər Tacikistan vizanı 30 gün ərzində ləğv etməyə hazırdırsa, Özbəkistan da dərhal buna müsbət reaksiya verir. Eləcə də, Qırğızıstan birgə layihələr təklif edirsə, Daşkənd yenə də ona dəstək verməyə hazır olduğunu bəyan edir.
"Nezavisimaya qazeta” yazır ki, Türkmənistanla viza rejiminin sadələşdirilməsi iki ölkənin sakinləri üçün əhəmiyyətli məsələdir. Xüsusən də sərhədyanı əyalətlərin sakinləri üçün. Bu da həllini tapmayıb. Türkmənistan regionun yeganə dövlətidir ki, qonşuları ilə birbaşa aviaməlumatlara malik deyil. Hətta Aşqabad və Daşkənd arasında aviareyslər belə mövcud deyil. Düzdür, bu məsələ xırda bir şey olsa da, ikitərəfli əməkdaşlığın səviyyəsinin göstəricisidir. "Türkmənistan qapalı ölkədir və açılmaq da istəmir. Lakin gec-tez bunu edəcək”, - deyə mənzil-qərargahı Daşkənddə yerləşən "Mano” Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Bəxtiyar Erqaşov bildirib. Nəqliyyat-kommunikasiya layihələrinin inkişafı tərəfləri viza baryerlərinin aradan qaldırılmasına vadar edir. İlk növbədə söhbət Çin limanlarından Özbəkistan, Türkmənistan, Xəzər və Aralıq dənizinin limanlarına kimi uzanıb gedəcək avtomobil və dəmiryolu marşrutlarından gedir. Türkmənistan prezidenti özbəkistanlı həmkarı Şafkat Mirzoyeyevə Xəzər dənizindəki limanların infrastrukturundan istifadənin imkanlarını nəzərdən keçirməyi təklif edib. O bildirib ki, Aşqabad Özbəkistan-Türkmənistan-Xəzər dənizi dəhlizinin yaradılmasını təklif edir. Avropa, eləcə də Yaxın Şərq bazarlarına çıxışı nəzərdə tutan cənub dəhlizi reallaşsa, iqtisadi münasibətlərin inkişafına yeni töhfə verə bilər. Türkmən lideri həmkarını mayın 2-də Türkmənbaşı limanında beynəlxalq dəniz limanının açılışına dəvət edib. Türkmənistan lideri Qazaxıstan-Özbəkistan-Türkmənistan-İran-Oman marşrutu üzrə Mərkəzi Asiya-Yaxın Şərq nəqliyyat dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyini bir daha təsdiq edib.
"Türkmənistan və Özbəkistanın əməkdaşlığında daimilik və pozitiv inkişaf əsas faktordur. Hər iki ölkə münaqişələrdən və ziddiyyətlərdən azad dövlətlərdir. Bu da Asiyada və beynəlxalq tərəfdaşlıq arenası halqasında əhəmiyyət kəsb edir”, - deyə Qurbanqulu Berdıməhəmmədov özbək həmkarı ilə keçirdiyi görüşdən sonra bildirib. Hər iki lider TAPİ qaz layihəsinin əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Ş.Mirzoyeyev jurnalistlər üçün keçirilən brifinqdə elan edib ki, Özbəkistan TAPİ layihəsinin inşasında iştirak etməyə hazırdır. Bəxtiyar Erqaşovun qənaətincə, TAPİ layihəsi kommersiya nöqteyi-nəzərindən Daşkənd üçün elə də əhəmiyyət kəsb etmir. "Özbəkistanın Əfqanıstan, Pakistan və Hindistana göndərilə biləcək əlavə qazı yoxdur. Bu səbəbdən də siyasi dəstəklə kifayətlənəcək. Bununla yanaşı, Daşkənd İranın Çorbəhr limanına gedib çıxacaq Məzari Şərif-Herat dəmiryolu layihəsini reallaşdırmağa çalışır. Bu layihələrin reallaşması üçün siyasi razılıq, dialoq, konsensus və təhlükəsizlik təminatı gərəkdir”, - deyə B.Erqaşov bildirib. "İran-Şərq” Mərkəzi Asiya və Əfqanıstanın Tədqiqi İnstitutunun elmi şurasının üzvü İqor Pankratenko "NG”yə bildirib ki, söhbət Daşkəndin əfqan istiqamətində ciddi addımından gedir. "TAPİ-nin böyük bir hissəsi yalnız siyasi oyundan ibarətdir. Cəmi 10 faizi – mühəndis-texniki işləri özündə ehtiva edir. Şavkat Mirzoyeyevin əsas strateji məsələsi xarici siyasət istiqamətində qurulub. Bu, Özbəkistanın beynəlxalq statusunun maksimal dərəcədə artırılmasıdır. Yeni kurs Mərkəzi Asiyada onun əsas moderator dövlətə çevrilməsinə yönəlib. Onun həyata keçməsinin logistik yollarından biri məhz Kabuldan keçir. TAPİ-nin iqtisadi reallığa çevriləcəyini heç kim bilmir. Lakin bu layihənin reallaşmasının regionda bir sıra məsələlərin həllinə səbəb olacağını Ər-Riyaddan tutmuş Pekinə kimi hamı başa düşür”, - deyə ekspert sonda bildirib.

Azər
banner

Oxşar Xəbərlər