• cümə, 19 Aprel, 13:42
  • Baku Bakı 25°C

Daşkənd mətbuatı Azərbaycan yazıçısından geniş bəhs edilib

21.10.13 11:37 1699
Daşkənd mətbuatı Azərbaycan yazıçısından geniş bəhs edilib
Daşkənddə özbək dilində nəşr edilən "Kitab dünyası" qəzetində Azərbaycan yazıçısı, tarixi romanlar müəllifi Yunus Oğuzla "Tarixi və bədii həqiqətin ifadəsi" mövzusunda müsahibə dərc olunmuşdur.
Trend-in məlumatına görə, müsahibənin əvvəlində məlumat verilmişdir ki, yazıçı-publisist, türkoloq alim olan Yunus Oğuz həm də tarixi romanlar müəllifi kimi tanınır və onun əsərləri Azərbaycandan əlavə, Türkiyə, Rusiya, İran, Böyük Britaniya və digər ölkələrdə çap edilmişdir.
Qeyd olunmuşdur ki, bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Yunus Oğuzun özbək dilində çap edilən "Əmir Teymur" romanının təqdimatı keçirilmişdir.
Müsahibədə yazıçı yaradıcılığa tədqiqatçı kimi başladığını və müxtəlif nəşrlərdə bir sıra elmi əsərlərinin çap olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, elmi mənbələrlə tanış olduqca düşündüm ki, niyə də bu mənbələr əsasında tarixi romanlar yazmayım. Özümü sınadım və işim uğurlu alındı. Beləliklə, "Nadir şah", "Təhmasib şah", "Şah arvadı və cadugər" və digər romanlar ərsəyə gəlmişdir. Sonra isə Əmir Teymurun şəxsiyyəti məni maraqlandırmış, "Əmir Teymur dünyanın hakimi" və "Əmir Teymur zirvəyə doğru" kitabları yazılmışdır. Mən çox şadam ki, bu əsərlər Daşkənddə bir kitab halında Usman Kuçkarın tərcüməsində "Əmir Teymur" adı ilə özbək dilində çap edilmişdir.
Yunus Oğuz müsahibədə bu kitabların yazılması, istifadə edilən mənbələr haqqında da oxuculara geniş məlumat vermişdir.
banner

Oxşar Xəbərlər