• cümə, 29 Mart, 06:03
  • Baku Bakı 5°C

"Daşınmaz əmlakın qeydiyyatı proseduru daha da sadələşdirilməlidir"

07.05.18 12:18 1044
"Daşınmaz əmlakın qeydiyyatı proseduru daha da sadələşdirilməlidir"
"Müxtəlif profilli yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə özəlləşdirmədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir".
"APA-Economics" xəbər verir ki, bunuƏmlak Məsələləri Dövlət Komitəsi(ƏMDK) tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə komitə sədriKərəm Həsənovdeyib. Komitə sədri bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir.
"Eyni zamanda torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi təmin edilməli, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil olunmalı və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır", - deyə K.Həsənov vurğulayıb.
banner

Oxşar Xəbərlər