• cümə axşamı, 25 aprel, 04:51
  • Baku Bakı 19°C

Daşınmaz əmlakın alqı-satqısı prosesi sadələşdirilir

22.10.13 09:35 3466
Daşınmaz əmlakın alqı-satqısı prosesi sadələşdirilir
«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Komitənin məlumatında deyilir.
Bura daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması, məhdudiyyət (yüklülük) arayışının alınması, ipotekanın və lizinqin qeydiyyatı, daşınmaz əmlak obyektlərinin ünvanları barədə arayışların alınması üçün elektron müraciətlərin qəbulu, əmlakların hərraclarda satışı üçün sifarişlərin qəbulu, dövlət əmlakının qorunması və istifadəsi vəziyyəti barədə illik xüsusi hesabatların elektron qəbulu kimi xidmətlər daxildir. Komitə tərəfindən 16 elektron xidməti əhatə edən portal istifadəyə verilib, elektron xidmətlər «Elektron hökumət» portalına inteqrasiya edilib. Artıq bu xidmətlər sayəsində vətəndaşlar idarəyə getmədən, heç bir əlavə vaxt sərf etmədən daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün birbaşa internet vasitəsi ilə elektron müraciət edə bilirlər.
Məlumata əsasən, Komitə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərin yeni mərhələdə daha da inkişaf etdirilməsi üçün bir sıra tədbirlər hazırlayıb. Yaxın günlərdə təqdim ediləcək növbəti yeni layihə daşınmaz əmlakların özgəninkiləşdirilməsi zamanı tələb olunan daşınmaz əmlaka dair məhdudiyyət (yüklülük) barədə arayışların (əhali arasında bu Forma-1 arayışı adı ilə adlandırılır) real vaxt rejimində notariuslara verilməsi olacaq. Belə ki, indiyədək əmlak alqı-satqısı, bağışlanması zamanı vətəndaşlar bu əmlakın ona məxsus olduğu və ya girovda, həbsdə olub-olmadığı barədə dövlət reyestrindən arayış almalı idi. Baxmayaraq ki, indi elektron xidmətlər bu sahədə müəyyən əlverişli imkanlar yaradıb, lakin elektron imza və ya digər səbəblər üzündən buna bəzən müəyyən vaxt sərf olunur. Sistemi daha da mükəmməl etmək üçün hazırda daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların notariat orqanları ilə onlayn rejimdə əlaqə yaradılmaqla aparılması istiqamətində hazırlıq işləri başa çatdırılmaq üzrədir. Daşınmaz əmlakın dövlət reyestrindən arayışların notariat idarələrinə real vaxt rejimində ötürülməsi, dövlət reyestrində olan məlumatların onlayn mübadiləsinə, rüsumların bir mənbədə elektron qaydada ödənilməsinə dair təkliflər artıq hazırlanıb və dövlət orqanlarına təqdim edilib. Qeydiyyat idarələri ilə notariat orqanları arasında real vaxt rejimində qarşılıqlı informasiya mübadiləsi Dünya Bankının dəstəyi ilə icra olunan «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»ndə də yer alıb. Qeyd olunan məsələlərin Komitə və Ədliyyə Nazirliyi arasında qarşılıqlı fəaliyyətlə tənzimlənməsi nəzərdə tutulub. Bu mexanizm yaxın günlərdə işə düşəcək.
banner

Oxşar Xəbərlər