««Daş yuxular» Azərbaycana hələ çox zərbə vuracaq»

««Daş yuxular» Azərbaycana hələ çox zərbə vuracaq»

Təfsilat
17 Aprel 2013, 09:53 1089
““Daş yuxular” roman Azərbaycan xalqına, vətəndaşlarına, bizim milli maraqlarımıza, dövlətçilik maraqlarımıza hələ çox zərbə vuracaq”.

Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O, “Daş yuxular” romanının erməni dilinə tərcümə olunması və Ermənistanda səhnələşdirilməsi məsələsinə münasibət bildirərkən, qeyd edib ki, bundan sonra da Azərbaycan nəsilləri həmin mənfur əsərin ağrısını çəkəcəklər:

“Bütün dövrlərdə Ermənistan dövləti, onun ideoloji strukturları, erməni diasporu Əkrəm Naibovun antiazərbaycan mövqeyindən bizə qarşı istifadə edəcək. Biz hazır olmalı və buna real faktlarla, həqiqətlərlə cavab verməliyik”.