• şənbə, 20 Aprel, 10:31
  • Baku Bakı 14°C

Daş karxanasında dava: ölü və yaralı var

26.05.14 11:43 1368
Daş karxanasında dava: ölü və yaralı var
Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, mayın 25-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində yerləşən daş karxanasında Nurəddin adlı şəxs münaqişə zəminində orada işləyənlər - Cəlilabad rayon sakinləri Qabil Həsənova və Fəryaz Məmmədova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən F.Məmmədov mayın 26-da orada dünyasını dəyişib, Q.Həsənovun vəziyyəti orta-ağırdır.
Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır (APA).
banner

Oxşar Xəbərlər