AZE | RUS | ENG |

"Danışıqların formatı yalnız tərəflərin razılığı ilə dəyişdirilə bilər"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatı yalnız tərəflərin razılığı ilə dəyişdirilə bilər.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi danışıqlar formatı ilə bağlı dəfələrlə bəyan edib ki, dəyişikliklər yalnız tərəflərin razılığı əsasında mümkündür: "Bu, təkcə bizim deyil, digər həmsədr ölkələrin də mövqeyidir".
Rusiyanın Moskvada aprelin 5-də keçirilən MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici siyasət idarələri rəhbərlərinin görüşünün keçirilməsinə təşəbbüs göstəriləcəyi halda onlara meydança verməyə hazır olub-olmadığı barədə suala gəlincə, M.Zaxarova qeyd edib ki, ümumiyyətlə, ölkələr istənilən məsələ ilə bağlı meydança vermək imkanı və ya vasitəçi rolu oynamağa görə Rusiya tərəfinə müraciət edəndə rəsmi Moskva hər zaman bu məsələlərə hörmətlə yanaşır.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8952
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1496
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1764
CHF 1 1 İsveçrə frankı 1.6853
KWD 1 1 Küveyt dinarı 5.5846
TRY 1 1 Türkiyə lirəsi 0.2775