• cümə, 19 Aprel, 08:17
  • Baku Bakı 13°C

Danışıqlar aparmaq, hökumətlər arasında dialoq qurulması çox mühümdür

12.06.19 12:37 398
Danışıqlar aparmaq, hökumətlər arasında dialoq qurulması çox mühümdür
Azərbaycanın səylərini dəstəkləyirik. Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, dialoqun qurulması istiqamətində addımlar atır.
Trend xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Tsereteli Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.
Onun sözlərinə görə, dialoqun gücləndirilməsinə çalışmaq lazımdır: "Biz bu istiqamətdə işlər görürük. ATƏT dövlətlər arasında dialoqu təşviq edir. 47 üzv dövlət var, həmin dövlətlərin bəzilərində münaqişələr var. Amma buna baxmayaraq bir masa arxasında müzakirələr apara bilərik. Yaxşı bilirəm ki, münaqişələrdən daha çox xalqlar əziyyət çəkir. Danışıqlar aparmaq, hökumətlər arasında dialoq qurulması çox mühümdür".
banner

Oxşar Xəbərlər